Modern.az

Tanışını qətlə yetirən şəxsə 18 il iş kəsildi

Tanışını qətlə yetirən şəxsə 18 il iş kəsildi

Aktual

8 İyun 2022, 16:54

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən paytaxt sakini İlqar İsmayılovun işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə İ.İsmayılov 18 il azadlıqdan məhrum edilib.

 

Hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.


1975-ci il təvəllüdlü İ.İsmayılov rayon ərazisindəki kafelərdən birində 1992-ci il təvəllüdlü Cabir Abulova aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İ.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı