Modern.az

“Formula 2”də sərbəst yürüşün qalibi məlum oldu

“Formula 2”də sərbəst yürüşün qalibi məlum oldu

Aktual

10 İyun 2022, 13:33

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb.

 

Modern.az xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb.

 

İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar.

 

Sərbəst yürüşdə iki qəza baş verib. Belə ki, “MP Motorsport” komandasının pilotu Klement Novalak və “Campos Racing” komandasının pilotu üzvü Ralf Boşunq qəza törədiblər.

 

Qeyd edək ki, bu gün saat 15:00-dan 16:00-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 16:30-da isə Formula 2 üzrə ikinci sərbəst yürüş başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı