Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran-Prisi ikiillik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.
Modern.az xəbər verir ki, iyunun 10-12-də keçirilən möhtəşəm Bakı yarışının tamaşaçıları arasında İkinci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz dəvət olunub. Fəxri qonaqlar Azərbaycan Qran-Prisinin həyəcanını izləyiblər.
Qırx dörd günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı şəhər halqasının azarkeşləri sırasında görmək qürurvericidir.