Modern.az

Yol qəzası prospektdə tıxac yaratdı - FOTO

Yol qəzası prospektdə tıxac yaratdı - FOTO

Aktual

11 İyun 2022, 12:40

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti - metronun "Koroğlu" stansiyasının yaxınlığı, Qara Qarayev prospekti istiqamətində - körpüdə qeydə alınıb. Nəticədə yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

 

Bundan başqa, Bakı-Sumqayıt şosesində - Avtovağzalın qarşısı - 20 Yanvar istiqamətində nasaz olan avtobus sıxlığa səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı