Modern.az

Avropa Komissiyasının rəhbəri Kiyevdədir

Avropa Komissiyasının rəhbəri Kiyevdədir

Aktual

11 İyun 2022, 14:18

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Prezident Volodimir Zelenski ilə Ukraynanın bərpası və Avropaya inteqrasiyası barədə müzakirələr aparmaq üçün Kiyevdə səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə Ursula fon der Lyayen tviter hesabında məlumat verib.

 

“Kiyevə qayıtdığım üçün şadam. Prezident Zelenski ilə birlikdə ölkənin bərpası üzrə birgə işin nəticələrini müzakirə edəcəyəm və Ukraynanın Avropa yolunda əldə etdiyi irəliləyişi qiymətləndirəcəyəm”, - o bildirib.

 

Qeyd edək ki, iyunun 17-də Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına namizəd ölkə statusu verilməsi məsələsini müzakirə edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı