Tehran və Karakas 20 il müddətinə hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə iyunun 11-də İranın dövlət radiosu məlumat yayıb.
Sənəd Tehranda İran prezidenti İbrahim Rəisi və Venesuela prezidenti Nikolas Maduronun iştirakı ilə imzalanıb. Saziş siyasi, mədəni, neft, neft-kimya və turizm sektorlarında əməkdaşlığı nəzərdə tutur.