Modern.az

“Pençe-Kilit” əməliyyatı - 220 terrorçu məhv edilib

“Pençe-Kilit” əməliyyatı - 220 terrorçu məhv edilib

Aktual

12 İyun 2022, 09:52

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının daha 3 üzvünü zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yaraqlılar həmsərhəd ölkənin üç bölgəsində aprelin 18-dən davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib. Beləliklə, əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib.

 

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində addımlarını davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı