Modern.az

“Formula 1” günlərində metroya minənlərin SAYI

“Formula 1” günlərində metroya minənlərin SAYI

Aktual

14 İyun 2022, 15:52

"Bakı Metropoliteni" QSC "Formula 1" üzrə Azərbaycan Qran-Prisi zamanı daşınan sərnişinlərin sayını açıqlayıb.

 

Metropolitendən Modern.az-a verilən məlumatda bildirilib ki, ötən həftənin daha əvvəlki dövrlə müqayisəsinə əsasən, orta statistik hesabla, iş günləri ərzində 50-55 min, istirahət günlərində isə 20-25 min sərnişin artımı müşahidə olunub.

 

Qeyd edilib ki, metropoliten iyunun 10-12-də paytaxtımızda təşkil edilmiş "Formula 1" üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər edib:

 

"Bununla əlaqədar əlavə işçi qüvvəsi ayrılmaqla stansiyalarda növbətçilik təşkil edilib. Sərnişin axınının əsas istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarların xətlərə buraxılması diqqətdə saxlanılıb. Həftə ərzində sərnişinlərin metropolitendən istifadəsində artım qeydə alınıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı