Modern.az

İcra başçısı sakinlərlə səyyar qəbul keçirib

İcra başçısı sakinlərlə səyyar qəbul keçirib

Aktual

14 İyun 2022, 15:48

İyunun 13-də Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

 

Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə başçısına öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin təhlükəli vəziyyətdə olan qurumuş ağacların kəsilməsi, köməkçi yolda-sakinlərin intensiv keçdiyi yerdə işıqfor və ya yerüstü keçid qoyulması, yaşayış binasında zirzəminin qurudulması və həyətdəki qəza vəziyyətində olan işıq xətlərinin təmir edilməsi, yaşayış binasının dam örtüyünün təmir edilməsi, övladını qəyyumluğa götürülməsi ilə bağlı köməklik edilməsi, vətəndaşın işlə təmin olunması, ünvanlı sosial müavinət almaqla bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

 

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Elektron Hökümət portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı