Modern.az

“Çətin olsa da, Putinlə danışıqlara hazıram” - Zelenski

“Çətin olsa da, Putinlə danışıqlara hazıram” - Zelenski

Aktual

14 İyun 2022, 22:48

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Zelenski çətin olsa da, müharibəni bitirmək üçün hər fürsətdən istifadə edəcəyini söyləyib:

“Rusiya müharibəni bitirmək istəyirsə, onlar danışıqlar masası arxasına əyləşməlidir. Danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu birbaşa aparılmalıdır. Biz həm vasitəçilərlə, həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı