Modern.az

Türkmənistanın yeni prezidenti İrana gəldi

Türkmənistanın yeni prezidenti İrana gəldi

Aktual

14 İyun 2022, 23:14

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İrana rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya edən S.Berdiməhəmmədov ikinci səfərini İrana gerçəkləşdirib.

 

Səfər çərçivəsində iki ölkə arasında ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

 

Müzakirələrdə Türkmənistan qazının ixracı məsələsinə də toxunulacaq. 

 

Qeyd edək ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti əsasında baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı