Modern.az

Robert Köçəryan müxalifətin aksiyalarına qayıdır

Robert Köçəryan müxalifətin aksiyalarına qayıdır

Aktual

15 İyun 2022, 08:20

Ermənistanın ikinci prezidenti Robert Köçəryan müxalifətin “Müqavimət hərəkatı”nın iflasa uğradığı barədə iddialara ananmaq istəmədiyini deyib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, R.Köçəryan ötən axşam İrəvandakı Fransa meydanında keçirilən mitinqdən sonra müxalifətin yürüşündə iştirak edib.


Köçəryan jurnalistlərin suallarına geniş cavab vermək istəməyib. O, müxalifət hərəkatının strategiyasında dəyişiklik edilməsinin uğur gətirəcəyini istisna etməyib.


Eks-prezident “hərəkatın uğursuzluğu” barədə iddiaları qəbul etməyib.


Bundan əvvəl “Müqavimət hərəkatı”nın koordinatoru İşxan Saqatelyan siyasi mübarizə mexanizmlərinin dəyişdirilməsi və Fransa meydanının çadırlardan azad edilməsi qərarını açıqlamışdı. Onun sözlərinə görə, həftəlik tədbirlər, o cümlədən küçə etirazları, peşəkar müzakirələr, ictimaiyyət nümayəndələri ilə görüşlər davam etdiriləcək. Mitinqlər, yürüşlər və küçə aksiyaları ən azı həftədə bir dəfə keçiriləcək. Regional mübarizə mərkəzləri də yaradılacaq, o cümlədən Qarabağda və diaspor arasında.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı