Modern.az

"Can Azərbaycandayıq" - Türkiyə XİN rəsmisi

Aktual

15 İyun 2022, 09:04

Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Qarabağla bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, Yavuz Selim Kıran"Twitter" hesabında aşağıdakıları yazıb:

 

"Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümündə gələcəyə doğru möhkəm addımlarla irəlilədiyimiz ümumi məqsədlərimizi və həmrəyliyimizi bölüşmək üçün Qarabağda, Can Azərbaycandayıq”.

 

Qeyd edək ki, bu gün "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ildönümüdür. Bəyannamə 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı