Modern.az

Yolu keçmək istəyən piyadanı maşın vurdu

Yolu keçmək istəyən piyadanı maşın vurdu

Aktual

15 İyun 2022, 10:53

İyunun 15-də saat 1 radələrində Hacıqabul rayonunun Qarasu kəndində R.Məhərrəmov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

 

Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.   
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...