Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, XİN başçısının tvitterdəki paylaşımında deyilir:
"Can Azərbaycanla müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".
"Bir millət iki dövlət" həşteqindən istifadə edən Çavuşoğlu paylaşıma azərbaycanlı həmkarı Ceyhun Bayramovu da işarələyib.
