Modern.az

Abşeronda Heydər Əliyevin abidəsi ziyarət olunub

Abşeronda Heydər Əliyevin abidəsi ziyarət olunub

Aktual

15 İyun 2022, 13:30

Abşeron rayonunda 15 iyun - Milli Qurtuluş Günü qeyd edilib.

 

Modern.az xəbər verir ki, bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin abidəsini gün ərzində rayon içtimaiyyəti tərəfindən ziyarət olunub.

 

Eyni zamanda Abşeron məktəbliləri və uşaq bağçalarının fidanları Xırdalan şəhərindəkı Ulu Öndərin adını daşıyan istirahət parkına gələrək burada hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı