Modern.az

“Türk Hava Yolları” adını dəyişir

“Türk Hava Yolları” adını dəyişir

Aktual

15 İyun 2022, 15:14

Türkiyənin "Türk Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.

 

Şirkətin qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Hava Yolları" kimi istifadə olunacaq.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı