Modern.az

Ənvər Əfəndiyev hərbi təlimlərdən danışdı: “Vacib işlər görülür”

Ənvər Əfəndiyev hərbi təlimlərdən danışdı: “Vacib işlər görülür”

Aktual

15 İyun 2022, 15:20

"Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində çox vacib işlər görülür".

 

Modern.az xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, region dövlətləri arasında münasibətlərin normallaşıdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri yüksək səviyyədə davam etdirilir.

"Digər sahələrdə olduğu kimi Şuşa Bəyannaməsinin 11,12 və 13-cü bəndlərinə uyğun olaraq Silahlı Qüvvələrimiz arasında da hərbi təlim və təhsil sahəsində əməkdaşlığımız sürətlə inkişaf etdirilir", - general-leytenant qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı