Modern.az

Türkiyədə təhsil alan hərbçilərimizin sayı artırılıb

Türkiyədə təhsil alan hərbçilərimizin sayı artırılıb

Aktual

15 İyun 2022, 15:28

Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb.

 

Modern.az xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, eyni zamanda təkmilləşdirmə kursları keçirlər.

Sizə yeni x var
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?