Modern.az

Konfrans Liqası: Klublarımızın rəqibləri məlum oldu

Konfrans Liqası: Klublarımızın rəqibləri məlum oldu

Aktual

15 İyun 2022, 15:32

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək üç klubun rəqibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə” ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək. “Neftçi” ilk görüşdə “Aris”lə (Kipr) qarşılaşacaq.

 

“Qəbələ” isə “Fehervar”la (Macarıstan) mübarizə aparacaq.

 

“Zirə” ilk oyununu Bakıda, “Neftçi” və “Qəbələ” isə müvafiq olaraq Kipr və Macarıstanda keçirəcək.

 

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 və 28 iyulda olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı