Modern.az

Moskva Bakı və İrəvandan təklif gözləyir - Zaxarova

Moskva Bakı və İrəvandan təklif gözləyir - Zaxarova

Aktual

15 İyun 2022, 16:18

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

 

"Mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışladıq. Razılaşdırıldı ki, ikinci görüş Moskvada keçirilsin. Biz öz tərəfimizdən ən yaxın vaxtda görüşü təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", - deyə Rusiya XİN rəsmisi bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı