Modern.az

İŞİD liderlərindən biri ələ keçirildi

İŞİD liderlərindən biri ələ keçirildi

Aktual

15 İyun 2022, 16:58

İŞİD-in Afrikadakı rəhbərlərindən biri olan Oumeya Ould Albakayen "Barkhane" qüvvələri tərəfindən ələ keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Fransa qüvvələri Albakayeni iyunun 11-dən 12-nə keçən gecə Mali-Niger sərhədi yaxınlığında saxlayıb.

 

Albakayenin Malidəki müxtəlif hərbi müəssisələrə çoxsaylı hücumlar həyata keçirən və əldəqayırma partlayıcı qurğular hazırlayan şəbəkələri idarə etdiyi məlum olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?