Xəzəryanı ölkələrin rəhbərlərinin Aşqabadda sammiti keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə İranda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirib.
Onun sözlərinə görə, sammit cari ilin ikinci yarısında baş tutacaq. Berdiməhəmmədov iranlı həmkarı İbrahim Rəisini sammitə dəvət edib.