Modern.az

İyun ayında rekord isti - 20 ildən sonra

İyun ayında rekord isti - 20 ildən sonra

Aktual

15 İyun 2022, 17:06

İspaniyada iyun ayında son 20 ilin ən yüksək temperaturu qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, İspaniyanın cənubundakı Sevilya və Kordoba şəhərlərində temperatur 44 dərəcəyədək çatıb. Ölkənin şimalında - paytaxt Madriddə, Saraqosa və digər şəhərlərdə isə 40 dərəcə isti qeydə alınıb.

 

Ölkə ərazisində şiddətli istilərin bir müddət davam edəcəyi proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...