Modern.az

“Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır” - Tkeşelaşvili

“Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır” - Tkeşelaşvili

Aktual

15 İyun 2022, 19:04

“Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

 

O, Cənubi Qafqaz regionunun uzun illərdir münaqişələrdən və işğaldan əziyyət çəkdiyini qeyd edərək, regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb: “Həm Gürcüstan, həm də Azərbaycan münaqişə ilə üzləşib”.

 

Onun sözlərinə görə, Ukraynadakı müharibə dünya nizamını müəyyənləşdirəcək.

 

"Ukrayna Rusiya tərəfdən işğala məruz qalıb. Biz Ukraynanı dəstəkləməliyik və nümayiş etdirməliyik ki, qonşu ölkənin ərazilərinin işğalı qəbuledilməzdir və işğalçı bunun cəzasını çəkməlidir” - Eka Tkeşelaşvili vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı