Dünyada 770 milyondan çox yetkin insan, o cümlədən 126 milyon gənc yazıb-oxuya bilmir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə UNESCO-nun baş direktoru Odri Azule bildirib. Onun sözlərinə görə, yazıb-oxuya bilməyənlər 10 faiz təşkil edir, bunun da təxminən üçdə ikisi qadınlardır.
UNESCO-nun rəhbəri böyüklər üçün təhsilin bütün dünyada əlçatan olmasını təmin etmək üçün səyləri davam etdirməyə və bu istiqamətdə işi gücləndirməyə çağırıb.