Modern.az

Tehran, Moskva və Ankara müzakirə apardı - Rusiya Türkiyəni inandırmağa çalışıb

Tehran, Moskva və Ankara müzakirə apardı - Rusiya Türkiyəni inandırmağa çalışıb

Aktual

16 İyun 2022, 09:46

Rusiya tərəfi Türkiyə tərəfini zorakılığa əl atmadan problemi sülh yolu ilə həll etməyə inandırmağa çalışıb, deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi bildirib.


İran, Rusiya və Türkiyə rəmi Ankaranın Suriyanın şimalında mümkün əməliyyatını müzakirə ediblər.
 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.


İyunun 15-16-da Qazaxıstanda Suriya hökuməti və müxalifəti nümayəndələrinin iştirakı ilə Suriyada nizamlanma üzrə “Astana” prosesinin təminatçısı olan ölkələrin (Rusiya, Türkiyə, İran) yüksək səviyyəli danışıqlarının 18-ci raundu keçirilir.
 

"Məsləhətləşmələr davam edir. Dünən kifayət qədər intensiv təmaslar oldu, demək olar ki, bütün İran, Türkiyə nümayəndə heyətləri ilə danışdıq. Təbii ki, əsas diqqət Türkiyənin Suriyada hərbi əməliyyat keçirmək niyyətinə yönəldi", - deyə Aleksandr Lavrentyev jurnalistlərə bildirib.
 

Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyə tərəfini zorakılığa əl atmadan problemi sülh yolu ilə həll etməyə inandırmağa çalışıb.
 

Lavrentyev vurğulayıb ki, hazırda tərəflər yekun bəyanatın parametrləri üzrə razılığa gəlir, həmçinin müşahidəçilər - Livan, İraq, İordaniya nümayəndələri ilə məsləhətləşmələr aparılacaq.
 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin ölkə sərhədlərində "antiterror əməliyyatları"na başlayacağını və bu məsələ ilə bağlı tezliklə qərar veriləcəyini bildirmişdi.
KİV-in məlumatına görə, Türkiyənin hərbiləşmiş kürd terrorçularına qarşı əməliyyatları Suriyanın 4 bölgəsində keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı