Modern.az

Kəlbəcərdə Qurtuluş Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

Kəlbəcərdə Qurtuluş Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

Aktual

16 İyun 2022, 08:30

Kəlbəcər rayonunda 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş Milli Qurtuluşumuz -siyasi birliyimiz mövzusunda ümumrayon tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının və, Gəncə Regional Mədəniyyət İdarəsi Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon  tədbiri keçirilib.

 

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Umumilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan  və dövlətçiliyimizin qüdrətlənməsində misilsiz xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

 

YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək  Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident cənab İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışdır. H.Misirov qeyd etmişdir ki, çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş Ulu Öndər Heydər Əliyevin ağlı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi.

 

Digər çıxış edən natiqlər, deputat Aqil Məmmədovun köməkçisi Xəlil Rüstəmov və Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin tarix müəllimi Şikar Baxışov öz çıxışlarında vurğulayıblar ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır. 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda  aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Natiqlər həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.

 

Tədbir bayram konserti ilə davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı