Modern.az

Bu gündən şagirdlər üçün “Yay məktəbi” başlayır

Bu gündən şagirdlər üçün “Yay məktəbi” başlayır

Aktual

16 İyun 2022, 09:30

Bu gündən ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbi təşkil ediləcək.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, iyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

 

Yay məktəbinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. Yay məktəbi ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı