Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikaların yeni statistikası açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən başlayan döyüşlər nəticəsində Rusiyanın 32 950 hərbçisi məhv edilib.
Bundan əlavə, Rusiya ordusunun 1449 tankı, 3545 zirehli döyüş maşını, 729 artilleriya sistemi, 230 reaktiv yaylım atəş sistemi, 97 hava hücumundan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 179 helikopteri, 2494 nəqliyyat vasitəsi və avtoçən, 13 gəmi-kateri, 591 dronu, 129 qanadlı raket və 55 xüsusi texnikası sıradan çıxarılıb.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin 113-cü günüdür.