Modern.az

Xəstəxanada neçə ağır COVID xəstəsi var?

Xəstəxanada neçə ağır COVID xəstəsi var?

Aktual

16 İyun 2022, 10:51

Hazırda Azərbaycanda xəstəxanda müalicə alan 7 koronavirus xəstəsi var. Onlardan yalnız 1 nəfər reanimasiya şöbəsindədir.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn (TƏBİB) şöbə müdiri Mübariz Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, bütün növ resursların optimallaşdırılması, həm də kadr potensialının optimallaşdırılması səbəbi ilə modul tipli xəstəxanalar bağlanıb:

 

“Ancaq zərurət yarandığı təqdirdə xəstəxanalar fəaliyyətini yenidən bərpa edə bilər".

 

Onun sözlərinə görə, ola bilsin ki, bu xəstəxanalar gələcəkdə təyinatı üzrə ixtisaslaşmış səhiyyə müəssisəsi kimi fəaliyyət göstərsin:

 

"Çünki bunların hər birində reanimasiya şöbələri var. Hazırda yalnız Məhəmmədli modul tipli xəstəxanası fəaliyyətini davam etdirir. Onun da yüz çarpayılıq reanimasiya şöbəsi, 250 çarpayılıq sematik şöbəsi var".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?