“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib, yoluxma halı da çox azdır”.
Modern.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Baş direktor əlavə edib ki, dünyada bir milyard sakin hələ də peyvənd olunmayıb. Onun sözlərinə görə, Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır.