Fransa prezidenti Emmanuel Makron Kiyevə gəldikdən sonra paytaxt vağzalının platformasında jurnalistlərə qısa şərh verib. O, səfərin ukraynalılara mesajı olduğunu bildirib və təfərrüatlarını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Xatırladaq ki, Fransa, Almaniya və İtaliya liderləri Emmanuel Makron, Olaf Şols və Mario Draqi cümə axşamı səhər qatarla Ukraynaya gəliblər.
Kiyevə çatan kimi Makron bildirib ki, siyasətçilər Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək və hərbi əməliyyatların baş verdiyi yerə baş çəkəcəklər.
Jurnalistlərin “Ukraynalılara bir mesajınız varmı” sualına Makron “Biz bilirik ki, qarşıdakı həftələr çox çətin olacaq. Mən onlara dəstək olmaq və onların yanında olmaq istəyirəm" deyə cavab verib.
Makron, həmçinin bildirilib ki, Avropa Komissiyasının Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilib-verilməməsi ilə bağlı qiymətləndirməsi ərəfəsində baş tutan bu səfər çox vacibdir. Həmin qərarın iyunun 17-də qəbul ediləcəyi gözlənilir.