Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.
Modern.az Mərkəzin məlumatını təqdim edir:
1. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, Çermet yol ötürücüsünün üzərinə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində və Bakı Olimpiya stadionunun qarşısı, Koroğlu metro stansiyası istiqamətində sıxlıq
2. Abbasqulu ağa Bakıxanov küçəsinin Cəfər Cabbarlı küçəsi ilə kəsişməsindən, Mərdanov qardaşları küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Türkiyə səfirliyi istiqamətində sıxlıq
3. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq
5. Bülbül prospektinin, Lev Tolstoy küçəsi ilə kəsişməsindən, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Zərifə Əliyeva küçəsi ilə kəsişmə olan hissəsinə qədər sıxlıq
6. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq
7. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq
8. Mikayıl Müşfiq küçəsində Badamdar dairəsindən, eyni zamanda Qurd qapısı istiqamətindən, Mikayıl Müşfiq dairəsi istiqamətinə doğru istiqamətlənərək, Parlament prospekti ilə kəsişməni keçərək, Nəriman Nərimanov heykəlinin qarşısı da daxil olmaqla, Mehdi Hüseyn küçəsi ilə kəsişməyə qədər sıxlıq
9. Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsinə qədər, Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq
10. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən, Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
11. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.