Modern.az

Xarici səyyahlar Şuşada

Xarici səyyahlar Şuşada

Aktual

16 İyun 2022, 14:20

Azərbaycan səfər edən səyyahlar Şuşa şəhərində səfərdədilər.

 

Modern.az xəbər verir ki, qonaqlara Şuşa şəhəri və tarixi barədə ətraflı məlumat verilib.

 

Bildiriıib ki, işğal zamanı digər ərazilər kimi Şuşa şəhəri də erməni vandalizminə məruz qalıb, bir çox yaşayış evləri tarixi mədəni dini abidələr dağıdılıb. Həmçinin Şuşa şəhərinin mərkəzində Üzeyir, Natəvan və Bülbülün ermənilər tərəfindən güllələnən heykəlləri barədə danışılıb.

 

Həmçinin Şuşa şəhərində aparılan tikinti quruculuq işləri ilə də qonaqlar tanış olub. Daha sonra onlar Şuşa qalasına gəlib. Şuşa səfərinin son dayanacağı isə Cıdır düzü olub. Qonaqlar burada açılan əsrarəngiz təbiət mənzərəsini seyr ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı