Modern.az

Baş həkim İSTEFA VERDİ

Baş həkim İSTEFA VERDİ

Aktual

16 İyun 2022, 15:50

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov işdən çıxıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.

 

"İki ilə yaxın Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Bütün xəstəxananın kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət ərzində işlədiklərinə görə minnətdarlığımı bildirirəm" - F.Təqdirov paylaşımda deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı