Modern.az

Azay Quliyev seçicilərilə görüşüb

Azay Quliyev seçicilərilə görüşüb

Aktual

16 İyun 2022, 21:30

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 71, 71a, 71v, 71q, 72, 74, Şövkət Məmmədova küçəsi 3, 5, 7, 11 və 15 saylı binaların həyətində seçiciləri ilə  növbəti görüşünü keçirib. Seçicilər bir sıra problemləri deputatın diqqətinə çatdırıblar. 

 

Deputat vətəndaşları narahat edən bütün məsələlərin araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

Görüşdə Binəqədi bələdiyyəsi sədrinin müavini Qüdrəddin Verdixanov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov, bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,  Su-kanal, Küçə işıqları, İstilik və Qaz idarələrinin nümayəndələri iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı