Modern.az

N saylı hərbi hissədə Qurtuluş Günü qeyd olunub - FOTO

N saylı hərbi hissədə Qurtuluş Günü qeyd olunub - FOTO

Aktual

15 İyun 2022, 12:13

İyunun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə 1-ci Ordu Korpusunun komandiri polkovnik Qiyas Abbasov, Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, şəhid ailələri, qazilər və ictimai birliklərin nümayəndələri ilə birlikdə iştirak edib.

 

Tədbirdə ulu öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında xidmətlərindən bəhs olundu, onun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olması ilə bağlı çıxışlar səsləndirildi. Ulu öndərin ən böyük xidmətlərindən birinin də onun layiqli davamçısı və Heydər Əliyev məktəbinin varisi cənab Prezident İlham Əliyevi xalqımıza bəxş etməsi olduğu bir daha vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı