Modern.az

Ukrayna Rusiya vətəndaşlarına viza tətbiq edəcək

Ukrayna Rusiya vətəndaşlarına viza tətbiq edəcək

Aktual

17 İyun 2022, 15:24

Ukrayna iyulun 1-dən Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edəcək.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib.


Prezident dövlətin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif edib.


Onun sözlərinə görə, bu gün hökumət bu mühüm qərarı - “Ukrayna Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Ukrayna və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin ləğvi haqqında” qərar qəbul etməlidir.
 

“Nazirlər Kabinetinin planlaşdırılan qərarı ilə əlaqədar olaraq, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşları üçün ölkəyə giriş üçün viza rejimi tətbiq edəcək”, - Zelenski vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı