Modern.az

Baş katib Paşinyan-Əliyev görüşünü ümidverici hesab edir

Baş katib Paşinyan-Əliyev görüşünü ümidverici hesab edir

Aktual

17 İyun 2022, 15:49

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyanla İlham Əliyevin Brüssel görüşünü ümidverici hesab edir.

Modern.az xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra bildirib.

Avropa Şurasının baş katibi Brüssel görüşündən sonra verilən bəyanatı və sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın fəaliyyətini də ümidverici hesab edir.

Onun sözlərinə görə, barışığa inamla yanaşmaq lazımdır və buna nail olmağa yönəlmiş təşəbbüslər alqışlanmağa layiqdir. Bu kontekstdə baş katib iki ölkə ictimaiyyətinin nümayəndələrinin may ayında Avropa Şurasının himayəsi altında Venesiyada keçirilən görüşünü qeyd edib və gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı