Modern.az

Vurulan vaksinlərin sayı 14 milyona çatır

Vurulan vaksinlərin sayı 14 milyona çatır

Aktual

17 İyun 2022, 16:35

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 307, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1338, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 145 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 750 600, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 876, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 827, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 299 020, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 877 nəfər təşkil edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı