Modern.az

Novxanıda naməlum şəxs dənizdə batdı

Novxanıda naməlum şəxs dənizdə batdı

Aktual

20 İyun 2022, 21:55

Novxanıda dənizdə şəxsiyyəti müəyyən olunmayan bir nəfər batıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...