Modern.az

Ronaldonun 2 milyonluq maşını qəzaya düşdü

Ronaldonun 2 milyonluq maşını qəzaya düşdü

Aktual

20 İyun 2022, 23:14

İspaniyanın Mayorka adasında “Mançester Yunayted” klubunun məşhur futbolçusu Kriştiano Ronaldonun “Bugatti Veyron” avtomobili qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Bildirilib ki, ailəsi ilə birlikdə Mayorkada istirahət edən Ronaldo qəza zamanı hadisə yerində olmayıb, avtomobili onun işçisi idarə edib.

 

Məlumata görə, sürücü idarəetməni itirərək ikinci dərəcəli yoldan çıxıb, nəticədə avtomobil divara çırpılıb. Avtomobilə ciddi ziyan dəyib, lakin sürücü xəsarət almayıb.

 

Qeyd olunub ki, qəzaya düşən avtomobilin qiyməti təxminən 2 milyon avrodur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı