Modern.az

Xarkov raket atəşinə tutuldu - Ölənlər var

Xarkov raket atəşinə tutuldu - Ölənlər var

Aktual

21 İyun 2022, 00:44

Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə uğur qazana bilməyən Rusiya ordusu yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

 

Onun sözlərinə görə, Xarkovun Kiyevski, Şevçenkovski, Saltovski və Sənaye rayonlarına aviazərbələr endirilib. Hücumlar zamanı azı 3 nəfər dünyasını dəyişib, 2 sakin yaralanıb.

 

Raket zərbələrinə baxmayaraq, yerli sakinlər şəhəri tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?