Modern.az

Yeniyetmə məhkumların qaçması iddialarına rəsmi REAKSİYA

Yeniyetmə məhkumların qaçması iddialarına rəsmi REAKSİYA

Aktual

21 İyun 2022, 09:40

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan iddialara dair rəsmi açıqlama verilib.

 

Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Modern.az-a məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

 

M.Sadıqov qeyd edib ki, nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə hal baş verməyib.

 

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkə hesablarında Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...