Modern.az

Rusiyanın itkiləri - Ölən hərbçilərin sayı 34 mini keçdi

Rusiyanın itkiləri - Ölən hərbçilərin sayı 34 mini keçdi

Aktual

21 İyun 2022, 11:42

Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikaların yeni statistikası açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən başlayan döyüşlər nəticəsində Rusiyanın 34 100-ə yaxın hərbçisi məhv edilib.

 

Bundan başqa, Rusiya ordusunun 1496 tankı, 3606 zirehli döyüş maşını, 752 artilleriya sistemi, 239 reaktiv yaylım atəş sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 181 helikopteri, 2537 nəqliyyat vasitəsi və avtoçən, 14 gəmi-kateri, 611 dronu, 137 qanadlı raket və 59 xüsusi texnikası sıradan çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...