Modern.az

Erməni deputatlar Türkiyəyə getdilər

Erməni deputatlar Türkiyəyə getdilər

Aktual

21 İyun 2022, 12:02

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatları Hasmik Akopyan və Tsovinar Vardanyan Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunmuş forumunda iştirak etmək üçün İstanbula gediblər. 


Modern.az xəbər verir ki, bu barədə məlumat Ermənistan parlamentinin saytında dərc olunub.


Deputatlar iyunun 19-da Türkiyəyə gediblər, 22-də isə geri qayıdacaqlar. 


Eyni zamanda Xarici Əlaqələr Departamentinin Beynəlxalq təşkilatlar şöbəsinin baş mütəxəssisi Zabela Ghazaryan da onlarla birlikdə İstanbuldadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...