Modern.az

FIFA-dan Rusiya ilə bağlı gözlənilməz addım

FIFA-dan Rusiya ilə bağlı gözlənilməz addım

Aktual

21 İyun 2022, 14:32

FIFA əcnəbi futbolçular və məşqçilərə Rusiya klubları ilə 2023-cü ilin yayınadək olan müqavilələrini pozmağa icazə verib.

 

Modern.az qurumun rəsmi saytına istinadən bildirir ki, Rusiya Futbol İttifaqına (RFS) üzv olan komandalar 2022-ci il iyunun 30-dək legionerlərlə qarşılıqlı razılığa gəlməlidirlər. Əks halda, əcnəbilər növbəti ilin yayına qədər olan sözləşmələri ləğv etmək hüququ qazanacaqlar.

 

Qeyd edək ki, Rusiya yığmaları və klubları Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı