Naftalan Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan növbəti qəbulda ŞİH-nin başçısı vətəndaşların müraciətlərini dinləyib.
Modern.az xəbər verir ki, səsləndirilən bir sıra məsələlər yerində öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.