Modern.az

DİM yenidən imtahan keçirəcək

DİM yenidən imtahan keçirəcək

Aktual

21 İyun 2022, 17:12

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində imtahan keçiriləcək.

 

DİM-dən Modern.az-a verilən xəbərə görə, imtahandan bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi” yerləşdiriləcək.

 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı